“Rəqibi tanıyırıq, Avropa çempionu olub. Kağız üzərində oyunun favoriti Portuqaliya yığmasıdır".
Offsideplus.az xəbər verir ki, bu sözləri yığmamızın hücumçusu Mahir Emreli DÇ-2022-nin seçmə mərhələsində sabah Portuqaliya ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
"Qarabağ"ın forvardı bildirib ki, rəqibin gücü hamıya bəllidir:
"Futbolçuları haqda əlavə sözə ehtiyac yoxdur. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Bütün bacarığımızı ortaya qoyacağıq”.
Qeyd edək ki, oyun sabah Bakı vaxtı ilə 23:45-də, Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək.