Ukraynanın da çıxış edən Anatoli Nuriyev Azərbaycan millisinin sıralarındadır.
Offsideplus.az xəbər verir ki, "Minay"ın hücumçusu bu gün Turinə gələrək kollektivə qoşulub. Martın 20-də "Minay"la "Mariupol" arasında keçirilən görüşdə (0:0) 90 dəqiqə forma geyinən hücumçu 1 günlük istirahətdən sonra yola çıxıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığmasının qonağı olacaq. Start fiti İtaliyada çalınacaq görüş Bakı vaxtı ilə 23:45-da start götürəcək.