"Portu"nun futbolçusu Pepe sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz "Portimonense"yə qarşı oyunda (2:1) ayağından ağrılar hiss edib və əvəzlənib. Baş məşqçisi Serjiu Konseysau kapitanın durumuna bu gün aydınlıq gələcəyini bildirib.
Qeyd edək ki, Pepe Portuqaliya yığmasının martın 24-də İtaliyanın Turin şəhərinki "Yuventus" stadionunda Azərbaycan millisinə qarşı dünya çempionatının seçmə oyunları üçün heyətində yer alıb.
Xatırladaq ki, yığmanın qapıçısı Ruy Patrisiu zədəli olduğu üçün milli ilə oyunları buraxacaq.