"Neftçi" 3 günlük fasilədən sonra məşqlərini bərpa edib.
Offsideplus.az xəbər verir ki, hazırlıq prosesinə milli komandaların düşərgəsinə yollananlardan əlavə, bir neçə oyunçu da qatılmayıb. Məşqdə yarımmüdafiəçi Sabir Buqrin toyu ilə əlaqədar Mərakeşə yollanması, qapıçı Səlahət Ağayev şəxsi məsələləri ilə əlaqədar icazəli olması səbəbindən iştirak etməyib.
Yeni transfer Keysuke Honda isə baş məşqçi Samir Abasovun icazəsi ilə məşqə qatılmayıb. Hazırda fərdi qaydada çalışan yaponiyalı legionerin kollektivə yaxın üç gün ərzində qoşulacağı gözlənilir.
Fəhmin Muradbəyli və Əhməd Əhmədov isə zədə üzündən fərdi qaydada çalışıb.
Qeyd edək ki, “Neftçi” növbəti rəsmi oyununu aprelin 4-də "Sumqayıt"a qarşı keçirəcək.