Maksim Medvedev millinin toplanışına qoşulacaq. 

Lakin dəqiq tarixi açıqlamayıb.

Bunu "Qarabağ"ın və millinin kapitanı offsideplus.az-a açıqlamasında deyib: "Baş məşqçimiz Canni de Byazi ilə bu barədə söhbətimiz olmuşdu. Söhbət əsnasında ailəmdə müəyyən problemlərin olduğunu demiş və həmin problemləri aradan qaldırmaq üçün vaxt istəmişdim. Sağ olsun, məni anlayışla qarşılayıb, razılıq vermişdi. Ona görə də toplanışın ilk günlərində iştirak edə bilmədim. İnşallah, yaxın günlərdə yığmanın düşərgəsində olacam".

Qeyd edək ki, yığmanın heyəti açıqlananda Maksim Medvedevin üzrlü səbəbdən toplanışda iştirak edə bilməyəcəyi haqda məlumat verilmişdi.