Müvəqqəti baş məşqçi təyin edilən Ramin Quliyev mövsümün sonunadək "Sabah" komandasının başında olacaq.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi ən azı mövsümün sonuna kimi 40 yaşlı mütəxəssisi saxlamaq qərarı verib.
Qeyd edək ki, turnir cədvəlində 16 xalla 8-ci yerdə qərarlaşan "Sabah" martın 11-də ispaniyalı mütəxəssis Visente Qomeslə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib (Report).