"Neftçi"nin heyətinə qatdığı yaponiyalı futbolçu Keysuke Honda artıq Bakıdadır.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi səhər saatlarında Azərbaycana çatıb. "Ağ-qaralar"ın tezliklə təcrübəli oyunçu ilə müqavilə imzalayacağı gözlənilir. Razılaşmaya əsasən, Honda mövsümün sonuna kimi "Neftçi"nin formasını geyinəcək.
Qeyd edək ki, futbolçu ilə rəsmi müqavilə hələ imzalanmadığından sabah "Səbail"lə baş tutacaq oyuna çıxmayacaq. Bu barədə "Neftçi TV"nin aparcısı İsmayıl Abdullayev canlı yayımda məlumat verib.
Hondanın Bakıya gəldiyi anın görüntülərini təqdim edirik: