Mayın 11-də, saat 10:00-da, AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Offsideplus.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 01.05.2018-ci il tarixli iclasında klubların irəli sürdüyü təkliflərin müzakirəsi
2. Azərbaycan Premyer Liqasında gənc futbolçularla bağlı limit
3. Lisenziyalaşdırma prosesi ilə bağlı məlumat
4. Digər məsələlər