"Sabah" klubu baş məşqçisi ilə vidalaşıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Visente Qomeslə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İspaniyalı mütəxəssisi müvəqqəti olaraq Ramin Quliyev əvəzləyib.
Qeyd edək ki, Visente Qomes 2020-ci ilin yayından “Sabah”a baş məşqçilik edirdi. Paytaxt klubu hazırda 16 xalla turnir cədvəlində sonuncu pillədədir.