Premyer Liqanın 19-cu turunda dünən “Zirə” ilə qarşılaşmada zədələnən Xayme Ramorenun ilkin durumu məlum olub.
Offsideplus.az xəbər verir ki, 61-ci dəqiqədə xəsarət alan yarımmüdafiəçi meydanı tərk etməli olub. Onu Abdullah Zubir əvəzləyib.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ispaniyalı oyunçunun zədəsinin o qədər də ciddi olmadığını açılqayıb:
“Lakin təkrar müayinə olmalıdır. Bundan sonra futbolçunun durumu tam müəyyənləşəcək” – deyə Abbaszadə bildirib (Qol.az).