Millimizin DÇ-2022-nin A qrupunda Qətərlə səfər matçı Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək.
Offsideplus.az xəbər verir ki, pandemiyanın səbəb olduğu səyahət məhdudiyyətlərinə görə görüşün yeri dəyişdirilib.
UEFA oyunun Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçirilməsinə qərar verib.
Qeyd edək ki, martın 27-də baş tutacaq Qətər - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Əlavə edək ki, UEFA son Asiya çempionu Qətər millisini 2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə dəvət edib. Qətər millisi A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək.