“Sabah” klubunun baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra təşkil olunan mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
"Bərabər səviyyədə oyun keçdi. İlk hissədə üstün tərəf biz idik. İkinci hissədə isə rəqib daha yaxşı oynadı. Rəqib səhvimizdən istifadə edərək, hesabı bərabərləşdirdi"
- Sizə elə gəlmirmi ki, komanda qol vurandan sonra tez geri çəkildi?
- İkinci hissədə top bizdə olmadı. Buna görə çəkilməli olduq.
- Komanda son oyunlarda sanki psixoloji olaraq qırılma yaşayır. Bunu nə ilə əlaqələndirmək olar?
- Bunu futbolçulardan soruşmaq lazımdır. Son 3 oyunda hesabı biz açsaq da, üstünlüyü qoruya bilmirik.
- Oyunda dayaq müdafiəçiləriniz çox boşluqlar verirdi sanki. Bu haqda nə deyə bilərsiz?
- İlk hissədə buna daha yaxşı nəzarət edirdik və problem olmurdu. Qoldan sonra burada tamamilə problemlər yaşandı. Fasilədə də futbolçulara bu haqda bəhs etmişdim.