Zlatan İbrahimoviç İsveç yığmasındakı çıxışını davam etdirəcək.
Offsideplus.az "FotbolDirekt"ə istinadla xəbər verir ki, yığmanın baş məşqçisi Yanne Anderson 39 yaşlı forvardı sıərəncamında görmək istəyir. Odur ki, "Milan"ın ulduzuna bu ayın sonunda Gürcüstan və Kosovo ilə DÇ-2022-nin seçmə mərhələ oyunları, eləcə Estoniya ilə yoldaşlıq görüşü üçün dəvət göndəriləcəyi iddia olunur. "İbra" özünü yaxşı tərəfdən göstərəcəyi halda, növbəti il keçiriləcək dünya çempionatında iştirakı mümkün olacaq.
Qeyd edək ki, təcrübəli forvard hazırda zədədən əziyyət çəkir. Lakin ayın 20-nə qədər sıraya qayıdacağı gözlənilir.
Zlatanın heyətində 112 oyun keçirib, 62 qol vurduğu İsveç millisindən AÇ-2016-dan dərhal sonra ayrıldığını da maraq üçün nəzərinizə çatdıraq.