Portuqaliya millisinin problemi həll olunub.
Offsideplus.az "A Bola"ya istinadla xəbər verir ki, İngiltərədə top qovan milli üzvləri rahat şəkildə yığmaya qoşulub, təkrar klubların düşərgəsinə qayıda biləcəklər. Belə ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya-Azərbaycan qarşılaşmasının Lissabonda yox, Turində keçirilməsi çoxlarının ürəyincə olub. Əks halda, İngiltərədə legioner həyatı yaşayan futbolçular ya vətənlərinə gəlməyəcəkdilər, ya da Böyük Britaniyaya qayıdanda 10 günlük karantində qalacaqdılar.
Qeyd edək ki, bir müddət öncə Bruno Fernandeşin formasını geyindiyi "Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer portuqaliyalı ulduzu millinin düşərgəsinə buraxmaq niyyətində olmadığını dilinə gətirmişdi.