"Çempionluq sevincini heç nə ilə müqayisə etmək olmaz.
Bu, yeni bir mədəniyyət və təcrübədir. "Qarabağ” Ağdamı təmsil edir. Orada hərbi vəziyyət olduğu üçün Bakıda oynayırıq. Paytaxtda elə də çox azarkeşimiz yoxdur. Çempion olmaq vəzifəmiz idi və artıq adi hal kimi qəbul olunur. Hazırda ikinci pillədəki komanda üzərində 17 xallıq üstünlüyümüz var”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibəsində deyib.
O bildirib ki, Çempionlar Liqasının təsnifat mərhələsində sabiq komandası "Legiya" ilə düşmələrini istəmirlər:
"Bu klubda çalışan insanlar "Legiya" ilə qarşılaşmaq istəmir. Çünki "Legiya" UEFA reytinqində "Qarabağ"ı ötüb. "Legiya”ya azarkeşlik edirəm və amma bu turnirdə onlarla düşməyimizi istəmirəm".
Y.Jezniçak bu mövsüm şansının gətirmədiyini söyləyib:
"Çünki 7 dəfə zədələndim. Barmaq və burnumdan əməliyyat olmuşam. Baş məşqçimiz müalicəmi Polşadan davam etdirməyə icazə verdi. Sağlamlıq baxımından yaxşı il olmadı. Ancaq Çempionlar Liqasında oyunumu nümayiş etdirdim və xəyallarımı gerçəkləştirdim".