Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçiriləcək oyunlara ev sahibi komandalar tam hazırdır. 

Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat yayıb. 

O, sosial şəbəkə hesabında stadionların baş tutacaq oyunlar üçün hazır vəziyyətə gətirildiyini açıqlayıb.

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda rayonun eyniadlı komandası "Sumqayıt"ı, Zirə İdman Kompleksinin stadionunda qəsəbənin eyniadlı klubu "Neftçi"ni, "Azersun Arena"da "Qarabağ" "Səbail"i, Bank Respublika Arena"da isə "Sabah" "Keşlə"ni qəbul edəcək.