Hazırda davam edən "Keşlə" - "Zirə" qarşılaşmasının ilk yarısında maraqlı an yaşanıb.
Offsideplus.az xəbər verir ki, baş hakim Elçin Məsiyev 18-ci dəqiqədə qonaqların qapısına penalti təyin edib. Elvin Camalovun Tural Axundova qarşı kobud oynadığını görən FİFA referisi dərhal "nöqtə"ni göstərib. Kobudluğa məruz qalan Tural penaltini özü yerinə yetirmək istəsə də, Sezar Meza Kolli buna imkan verməyib.
Nitcədə topun başına keçən paraqvaylı yarımmüdafiəçinin vurduğu topu Mateus Albino dəf edib. Epizodun davamında Nicat Qurbanov təkrar zərbə ilə 19-cu dəqiqədə hesabı bərabərləşdirib.
"ASK Arena"da davam edən oyunda meydan sahibləri 2:1 hesabı ilə öndədir.