"Mançester Yunayted"in əfsanələrindən olan Roy Kin azarkeşləri təəccübləndirib.

Offsideplus.az xəbər verir ki, "Sky Sports"un efirində ekspert kimi görünən veteran futbolçu sosial şəbəkələrdən uzaq dursa da, fevralın 12-də "instaqram" səhifəsində paylaşıb etmək qərarına gəlib. İtlə ilk şəklini paylaşan Kin fotonun altına "Kişinin ən yaxın dostu" sözlərini yazıb. Həmin fotoya Cimmi Karrager və Rio Ferdinand kimi ötənlərin ünlü futbolçuları gülüş emojisi qoyub.

Fevralın 12-də edilən bu paylaşıma 720 mindən artıq "bəyənmə" gəlib, məşhur "16 nömrə"nin səhifəsini izləyənlərin sayı isə 1,1 milyonu ötüb.

Qeyd edək ki, 1993-2005-ci illər aralığında "Mançester Yunayted"in şərəfini qoruyub ki, 7 dəfə İngiltərə çempionluğu sevinci yaşayıb, Çempionlar Liqasının qalibi olub.

Безымянный