Anatoli Banişevskinin saatı satışa çıxarılıb.
Offsideplus.az xəbər verir ki, əfsanəvi Banişevskiyə bağışlanmış “Orient Special” saatı Rusiyanın avito.ru saytında Yekaterina adlı qadın tərəfindən satışa qoyulub. Yekaterinanın saytda yerləşdirdiyi məlumata görə, bu saat ərəb şeyxləri tərəfindən xüsusi sifarişlə hazırlanıb və SSRİ yığmasının üzvlərinə bağışlanılıb.
Saatın qiyməti 57 500 rubl (1250 azn) təşkil edir (Lent.az).