Cari mövsümdə növbəti yubiley qolu vurulub.

Offsideplus.az xəbər verir ki, Mahir Emreli Azərbaycan Premyer Liqasının cari mövsümünün 150-ci qolunun müəllifi olub. Milli üzvü "Neftçi"ylə Tofiq Bəhramov adına Respublika stadionundakı tarixi derbidə (1:2) 57-ci dəqiqədə hesabı 1:1 etdiyi qol cari çempionatın 150-ci qolu kimi tarixə düşüb. 

Ümumilikdə, cari mövsümdə baş tutan 60 qarşılaşmada qapılara 157 qol vurulub. Orta məhsuldarlıq 2,62-dir.