"Barselona" - PSJ görüşündən sonra (1:4) meydan sahiblərinin futbolçuları olduqca üzgün görünürdü.
Lionel Messiylə Antuan Qrizmanna bıçaq vursaydın, qanları çıxmazdı. Yəni o dərəcədə ağır idi.
Offsideplus.az xəbər verir ki, ağır yenilgi Ronald Kumanın vecinə də olmayıb. Hər halda məğlubiyyət dərdi çəksəydi, qəhqəhə çəkib PSJ-nin futbolçusu ilə zarafatlaşmağa imkan tapmazdı. Onun bu hərəkətinin yerli azarkeşlər tərəfindən isti qarşılanmadığı dəqiqdir. Fanatlar hansı addımı atacaq, gülüşün qarşılığı necə olacaq - bunu yaxın zamanda görəcəyik.
Hələliksə 1:4 hesabı ilə məğlub olan komandanın baş məşqçisinin oyundan sonrakı davranışına baxın.