Kilian Mbappe "Barselona" - PSJ qarşılaşmasında (1:4) het-trik etməklə şəxsi göstəricisini kifayət qədər yaxşılaşdırdı.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı forvard 153 oyunda vurduğu 112 qolla (59 məhsuldar ötürmə) klub tarixinin 3-cü bombardiridir. Halbuki bu matça qədər qol göstəricisi Pedro Pauleta ilə eyni idi.

Mbappedən öndə iki futbolçu yer alıb. Birinci sırada 301 görüşdə 200 dəfə fərqlənən (37 məhsuldar ötürmə) Edison Kavanidir, ikinci yerdə  180 qarşılaşmada rəqib qapılarına 156 dəfə yol tapan (61 məhsuldar ötürmə) Zlatan İbrahimoviç.