Futbol menecer oyunu "Eleven Kings" Azərbaycanda 2020-ci ilin ən aktiv istifadəçilərini mükafatlandırıb.

Offsideplus.az xəbər verir ki, 2020-ci ildə "Kameralar.az" komandası ilə Şahin EM adlı istifadəçi 611 min menecer xalı toplayaraq Azərbaycanda 1-ci yerə yüksəlib. "Creative Sözlük" komandası ilə 566 min xal toplayan Orxan Saidov siyahıda 2-ci, "Xezer Lenkeran" komandası ilə 455 min xal toplayan Elşən Məmmdəli 3-cü olub.

Qaliblərə "Eleven Kings" tərəfindən futbol formaları hədiyyə edilib. "E-qolat" və "Kirpi Tekstil" bu layihədə Əsas Tərəfdaş, "189 Delivery" Rəsmi Çatdırılma Tərəfdaşı, "Offside Media" Rəsmi Media Tərəfdaşı kimi iştirak edirlər.

"Eleven Kings"dən saytımıza açıqlamada qeyd edilib ki, həvəsləndirici mükafatları şirkət davamlı etmək və təkcə Azərbaycanda deyil, istifadəçi aktivliyi çox olan digər ölkələrdə də həyata keçirməyi planlaşdırır.

Oyunda aktiv olan istifadəçilər təkcə fiziki hədiyyə qazanmır. Hər ay dərc olunan "EK MAG" aylıq onlayn jurnalda da aktiv istifadəçilər haqda məlumatlar yayımlanır.

Xatırladaq ki, "Eleven Kings" azərbaycanlı startapçılar tərəfindən yaradılan futbol menecer oyunudur. Oyunun interfeysi, maraqlı funksiyaları və rəqabətli Reytinq sistemi bu oyunu "Top Eleven", "Soccer Manager", "OSM" kimi rəqiblərindən fərqləndirir. Oyunu artıq 200 ölkədən 100 mindən çox istifadəçi yükləyib.

IMG 1305IMG 1306IMG 1307

IMG 1308IMG 1309

IMG 1310