Fuad Bayramovun işsiz günləri başa çatıb.
26 yaşlı azərbaycanlı futbolçu karyerasını Polşada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, vaxtilə U-21 millisinin və "Keşlə"nin uğurları üçün tər tökən Bayramov Polşanın 3-cü liqa təmsilçisi ilə anlaşıb. Həmyerlimiz "Ostroveç-Şventokşisi" ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, xeyli vaxtdır komandanın sıralarında olan Fuad bir neçə yoxlama oyununa da çıxıb. (Qol.az)