ÇSKA (Moskva), "Milan" və Yaponiya milisindən tanıdığımız Keysuke Hondanın başına iş gəlib.
Offsideplus.az "A Bola"ya istinadla xəbər verir ki, 34 yaşlı futbolçu bir həftə əvvəl müqavilə bağladığı "Portimonense"dən ayrılıb. Buna sənədləşmə işlərindəki problem səbəb olub. Klub prezidenti Rodini Sampayo mətbuata açıqlamasında vəziyyətin bu cür alınmasına səbəb kimi qeydiyyat müddətində yol verilən xətanı göstərib. Rəhbərlik yarımmüdafiəçi ilə danışandan sonra tərəflər qarşılıqlı razılıq əsasında yolların ayrılmasına qərar verib.
Qeyd edək ki. Keysuke Rusiya çempionu olmaqla yanaşı, İtaliya Superkubokunun qalibi və Yaponiya millisi ilə Asiya çempionluğunun sevincini yaşayıb.