PSJ, dolayı yolla fransızlar Lionel Messidən əl çəkmək niyyətində deyil.
Bir neçə gün öncə başda Maurisio Poçettino olmaqla bir neçə futbolçunun "Barselona"lı haqda danışması Ronald Kumanı özündən çıxarmışdı. Bu dəfə Fransanın, həm də dünyanın tanınmış nəşrlərindən biri böyük qalmaqala səbəb ola biləcək addımla gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, "France Football" Messiyə PSJ-nin formasını "geyindirərək", üstünə "PSJ-nin gizli kartı" sözlərini yazıb. Şəkli montaj edən həmkarlarımız fotonu jurnalın üz qabığına yerləşdirib ki, bu görüntü ciddi marağa səbəb olub.
"Barselona"nın bu görüntüyə hansı reaksiya verəcəyini səbirsizliklə gözləməyə dəyər.
Bu da həmin görüntü.