"Artıq 2 gündür Bakıdayam. Məşqlərimi edirəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Yusuf Laval fiziki durumu barədə danışarkən deyib.
"Ağ-qaralar"ın qış toplanışında iştirak edə bilməyən nigeriyalı yarımmüdafiəçi yaxşı formada olduğunu bildirib: "Fiziki hazılıqla bağlı hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Baş məşqçi şans versə, meydana çıxa bilərəm".
23 yaşlı oyunçu Bakıya gec qayıtmasının səbəbini də açıqlayıb. O, bunun sənədlə bağlı olduğunu söyləyib: "Pasportumun vaxtı bitmişdi. Bu səbəbdən Azərbaycana vaxtında qayıda bilmədim və komandanın düşərgəsinə gec qoşuldum".
"Neftçi"nin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev Lavala cəza verilə biləcəyini istisna etməyib. Afrikalı yarımmüdafiəçi buna şərh vermək istəmədiyini vurğulayıb.
Qeyd edək ki, Yusuf Laval çempionatın ilk yarısından sonra Bakını tərk edib. Bu səbəbdən, Laval qış toplanışını və XIV turda "Səbail"i 3:1 hesabı ilə məğlub etdikləri matçı buraxıb. Nigeriyalı oyunçu ölkə kubokunun 1/4 finalında "Zirə" 0:1 hesabı ilə uduzduqları ilk matçı və qolsuz bərabərliklə bitən cavab görüşündə də iştirak etməyib (Report).