"Bavariya" Klublararası dünya çempionatında oynamaqdan imtina edib.
Offsideplus.az klubun "tvitter" səhifəsində yazılanlara əsasən xəbər verir ki, Almaniya nəhəngi Qətərin paytaxtı Dohada keçiriləcək turnirə yollanmaqda çətinlik üzləşib. "Bavariya"nın nümayəndə heyətini Asiya ölkəsinə aparmalı olan təyyarənin əlverişsiz hava şəraitinə görə 7 saatdan çox müddətdə səmaya qalxa bilməməsi çətinlik yaradıb. Lakin təxminən 1 saat öncə "hava gəmisi" Qətərə yola düşüb.
Qeyd edək ki, münhenlilər fevralın 8-də adıçəkilən yarışın yarımfinalında Misir "Əl-Əhli"si ilə qarşılaşacaq. Digər cütdə isə Meksikanın "Tiqres", Braziliyanın "Palmeyras" komandaları üz-üzə gələcək.