İlkin Muradov“Zirə” klubunun heyətində 80-ci oyununu keçirib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan kubokunun “Neftçi” ilə 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. İlkin yubileyini 1:0 hesablı qələbəni gətirən qola imza atmaqla qeyd edib. Bu, onun “qartallar”ın heyətində 4-cü qolu olub. Muradov Premyer Liqada 69, ölkə kubokunda 11 matça çıxıb. O, hər iki turnirdə 2 qola sevinib. Əvvəlki üç qolu ev qarşılaşmalarında vuran futbolçu ilk dəfə səfərdə fərqlənib.
O, klub tarixində 80 və daha çox matç keçirən 6-cı oyunçudur. Onadək Adil Nağıyev (103), Vüqar Mustafayev (89), Viktor İqbekoyi (88), Anar Nəzirov (86) və Yovan Krneta (83) buna nail olub.