"Qarabağ" futbolçusu Donald Gerye ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb. Onun müqaviləsinə qarşılıqlı razılaşma yolu ilə xitam verilib.
Xatırladaq ki, qış fasiləsi zamanı Azərbaycanı tərk edən haitili yarımmüdafiəçi komandanın düşərgəsinə gec qoşulduğu üçün klub tərəfindən cəzalandırılaraq əvəzedici heyətə göndərilmiş və cərimə olunmuşdu.
Qeyd edək ki, D.Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"da çıxış edən futbolçu ötən ilin yayında yenidən "Qarabağ" qayıtmışdı. Geryenin Ağdam təmsilçisi ilə müqaviləsi 2021-ci ilin iyununa qədər idi.