Vaxtilə ölkəmizdə sayılıb-seçilən legionerlərdən olan Nika Kvekveskiri karyerasını Polşada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, Gürcüstan millisinin üzvü "Lex"lə "6 ay+2 il" şərti ilə anlaşıb. Bacarıqlı yarımmüdafiəçinin oyunu avropalıları qane etsə, yayda onunla yeni 2 illik anlaşma əldə olunacaq. 

Qeyd edək ki, Nika Azərbaycanda "İnter"lə "Qəbələ"nin şərəfini qoruyandan sonra Qazaxıstana üz tutub, son 3,5 ili "Tobol"da keçirmişdi.