"Real"ın və İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano İspaniya karyerası ilə bağlı maraqlı faktın üstünü açıb.
Offsideplus.az "Marca"ya istinadənxəbər verir ki, ötənlərin məşhur futbolçusu "Kral klubu" ilə anlaşandan sonra yığdığı artıq çəkinin səbəbini söyləyib: "Madridə gedəndə 12 kiloqram çəki itirdim. Sonra Fabio Kannavaro gəldi və mən itirdiyim çəkini bərpa etdim. O vaxt klubun sponsorlarından biri "Nutella" idi. Hər ay komandaya 5 kiloqram şokolad yağı verilirdi. 7 ay ərzində 14 kiloqram çəki yığdım. Hər gün qabdan qaşıqlarla "Nutella" yeyirdim".
Qeyd edək ki, Kassano "Real"da 26 oyunda 2 qol vurub.