Mesut Özilin dünənki təqdimetmə mərasimində Azərbaycan xalqına etdiyi jest ürəklərə yağ kimi yayıldı.

Dünya ulduzu Azərbaycana salam göndərməklə yanaşı, bayrağımızla şəkil çəkdirdi ki, futbolçunun bu addımı ölkəmizdə böyük coşqu ilə qarşılandı. Özil kimi məşhurun bu cür jestinə düşmənlərimiz tərəfindən isti münasibət göstərilməyəcəyi gün kimi aydın idi.

Offsideplus.az xəbər verir ki, Fransanın tanınmış "RMC Sport" media şirkəti Mesutun Azərbaycan bayrağı ilə məlum şəklini "tvitter" səhifəsində paylaşaraq, fotoya bu cür başlıq seçib: "Mesut Özilin tutduğu yeni siyasi mövqe".

Qeyd edək ki, 1943-cü ildən fəaliyyət göstərən "RMC Sport" Fransada nüfuz sahibidir. Bu isə o deməkdir ki, Özil atdığı addımla ermənipərəst fransızları "yandırıb-yaxıb".

191CF4F2 5BF9 409E BB32 78106DC8FB4C