"Qarabağ"ın sabiq hücumçusu Reynaldo Silva 31 yaşında karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, braziliyalı oyunçu özününün "Feysbuk" səhifəsində vətənində qalacağını və daha oynamayacağını bildirib.
Qeyd edək ki, Reynaldonun son klubu Gürcüstanın "Dinamo" (Batumi) klubu olub.
Xatırladaq ki, Reynaldo 2013-2017-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib. O, ötən il qış transfer pəncərəsində yenidən "Qarabağ"a qayıdıb, mövsümün sonuna - yayadək komandada çıxış etmişdi.