"Peykan"dan ayrıldıqdan sonra bir neçə yerli klubdan təklif almışdım. İranda qalsaydım, futbol oynamaq üçün 2 ay gözləməli olacaqdım. Buna görə "Sumqayıt"a keçməyə razılıq verdim. Azərbaycanda oynamaq mənim üçün yeni çağırışdır".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın futbolçusu Höccət Haqverdi "gənclik şəhəri" təmsilçisinə keçidi barədə danışarkən deyib.
Cənubi azərbaycanlı müdafiəçi bildirib ki, ölkəmizə gəlməzdən öncə bir çox insanla məsləhətləşib: "Yeni komamdamla mövsümün sonunadək müqavilə bağlamışam. Burada özümü yaxşı hiss edirəm. Azərbaycan futbolunun şərtləri və imkanları İrandakı ilə müqayisəedilməzdir. Burada texnikalı oyuna üstünlük verirlər. Futbolun səviyyəsi yüksəkdir. Açığı, Azərbaycandakı şəraiti görəndə yaxşı mənada təəccübləndim".
Haqverdi Azərbaycan çempionatından daha yaxşı liqaya yollanmaq istəyini gizlətməyib: "Premyer Liqanın oyunları Avropanın bəzi ölkələrində yayımlanır. Belədə hər hansı futbolçu başqa ölkə klublarının diqqətini çəkə bilər. Burada yaxşı çıxış edib, daha prestijli komandalardan birinə keçmək istəyirəm" (Report).