"Keşlə" klubunun məşqçilər korpusundə dəyişiklik olub.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azər Bağırov əsas komandanın məşqçilər korpusunda yer alacaq. 39 yaşlı mütəxəssis ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Azər Bağırov "Qəbələ", "Turan Tovuz" və MOİK klublarında çalışıb.