"Qarabağ" rəhbərliyi klubun keçmiş mətbuat katibi Nurlan İbrahimova jest edib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi 15 il burada çalışmış sabiq əməkdaşının növbəti 3 ay üçün əməkhaqqısını ödəyib. Eyni zamanda, ona "Azərsun Holdinq"in media sektorunda çalışmaq təklif olunub.
Xatırladaq ki, İbrahimov bir neçə gün öncə mətbuat xidmətinin rəhbəri postundan ayrıldı. UEFA həmkarımızı Dağlıq Qarabağ münaqişəsi zamanı "feysbuk"da ermənilərlə bağlı paylaşımına görə futbol sahəsində çalışmaqdan ömürlük məhrum edib. Həmçinin Ağdam klubu 100 min avro məbləğində cərimələnib. (Sportinfo)