Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Sabah" - "Kəpəz" matçında Vətən müharibəsində şəhid olmuş Əmrah Rəcəbov yad olunub.
Offsideplus.az xəbər verir ki, Əmrah Rəcəbov "Xəmsə" fan-klubunun üzvü olub. "Kəpəz"in kapitanı Əli Səmədov matçın start fitindən öncə meydanın mərkəzində şəhid azarkeşin öz əlləri ilə hazırladığı xüsusi formanı nümayiş etdirib.
Həmin anın görüntülərini təqdim edirik: