"Səbail" qış fasiləsində ilk transferini gerçəkləşdirdi.
Gürcüstanlı hücumçu Luka İmnadze bundan sonra "dənizçilər"in uğurları üçün tər tökəcək.
Offsideplus.az xəbər verir ki, Luka Bakıda darıxmayacaq. Azərbaycanda top qovan Davit Volkov və Merab Qiqauri kimi həmyerliləri ilə daha çox vaxt keçirdəcək, bu öz yerində. Hətta azərbaycanlı futbolçu dostu da var. Bu, "Keşlə"nin yeni futbolçusu Nicat Qurbanovdur. Belə ki, Qurbanovla İmnadze ötən il "Samtredia"da komanda yoldaşı olublar. Elə xoş münasibətləri də ordan yaranıb.
Qeyd edək ki, Luka "Samtredia" formasında meydana çıxdığı oyunların heç birində fərqlənməmişdi. Əvəzində, Nicat 10 matçda rəqib qapılarına 4 dəfə yol tapmışdı.