Futbol üzrə Azərbaycan milli komandasının baş məqçisi Canni de Byazi Polşa yığmasından təklif aldığına dair xəbərlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, polşalı jurnalist Matyuş Şveçiçki "Twitter" hesabında 65 yaşlı mütəxəssislə əlaqə saxladığını və onun bu xəbərləri təkzib etdiyini bildirib: "De Byazi bildirdi ki, Polşa yığmasına rəhbərlik etməsinə dair danışıqları 2018-ci il dünya çempionatından sonra aparıb. Amma hazırkı iş yeri Azərbaycandadır və Polşa Futbol İttifaqından heç kim onunla əlaqə yaratmayıb".

Xatırladaq ki, Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsi 2022-nin yayında başa çatacaq. Polşa yığması yanvarın 18-də baş məşqçisi Yeji Brjeçeki istefaya göndərib.