"Ramil Şeydayevin özünə, karyerasına hörmətimiz var".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində deyib. 43 yaşlı mütəxəssis Azərbaycan millisi və "Sabah" klubunun futbolçusu Ramil Şeydayevin flaqmana transfer olacağı ilə bağlı xəbərlərə münasibət bildirib:
"Onun komandası ilə müqaviləsi var. Buna görə də indi bu barədə nə isə danışmaq etik olmaz".
Abasov adı "Neftçi" ilə hallanan "Qəbələ"nin hücumçusu Ceyms Adeniyinin "ağ-qaralar"a keçmək ehtimalına da toxunub: "Adeniyini "Neftçi"yə calamaq istəyənlər var idi. Nə onunla, nə də adları çəkilən digər hücumçularla maraqlanırıq".