Yusuf Laval Azərbaycana qayıtmaqla bağlı ciddi problemlə üzləşib.
Offsideplus.az xəbər verir ki, "Neftçi" yanvarın 4-dən hazırlıqlara start versə də, nigeriyalı legioner hələ də vətənindədir. Yusuf pasportunun vaxtının bitməsi ilə bağlı müvafiq orqana müraciət edib. Lakin yeni pasportun təqdim olunması yubanır.
Klubun Marketinq və Mətbuatla Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev saytımıza açıqlamasında məsələ ilə bağlı bunları dedi: "Yusuf Lavalın pasport problemi var, heç cür həll edə bilmir. Futbolçumuzla bağlı heç bir problem yoxdur. Lazım olan sənədləri verib, cavab gözləyir. "Bu gün-sabah" deyə-deyə uzadırlar. Bu gün yeni pasportu təqdim edəcəklərini deyiblər. Pasportunu alan kimi dərhal Bakıya uçacaq".
Qeyd edək ki, 22 yaşlı futbolçu "ağ-qaralar"ın aparıcı futbolçularından hesab olunur. Laval cari mövsümdəki 13 oyunun 12-də start heyətində yer almaqla 9 görüşü əvəzlənmədən keçirib.