Mesut Özil sabah İstanbula gəlib "Fənərbağça" ilə müqavilə bağlamalıdır.
Ulduz futbolçu artıq neçə vaxtdır sosial media hesablarındakı paylaşımlarla sarı-lacivərdli rənglərə könül verən milyonları həyəcanlandırır.
Offsideplus.az xəbər verir ki, Mesut az öncə növbəti paylaşımla diqqət çəkib. Bu dəfə "Fənər"də geyəcəyi formanın nömrəsini bildirib. "Tvitter" hesabında "67" yazan 32 yaşlı futbolçu bu məsələdə şübhə yeri qoymayıb.