Yaya Ture məşqçilikdə ilk addımlarını Ukraynada atacaq.
Offsideplus.az "ProFutbol"a istinadla xəbər verir ki, "Barselona"nın sabiq futbolçusu "Olimpik"də çalışmağa razılıq verib. Ture əsas komandada məşqçilər korpusunda yer alacaq. Tanınmış simanın yaxın günlərdə iş başında olacağı gözlənilir.
Qeyd edək ki, Ture vaxtilə bu ölkədə top dalınca qaçıb. Bu, 2003-05-ci illərdə Donetsk "Metallurq"unda oynadığı vaxtlara təsadüf edib