Roman Şirokov idman ayaqqabılarını satıb.

Offsideplus.az sabiq futbolçunun vəkili Vadim Lyalinin məlumatına əsasən xəbər verir ki, Şirokov ayaqqabı satışından əldə etdiyi 100 min rublu Kostromadakı uşaq evlərindən birinin hesabına köçürəcək. Elə ayaq geyimini auksiondan alan şəxs də xeyriyyə məqsədi ilə idman ayaqqabılarını uşaq evinin muzeyinə bağışlayacaq.

Qeyd edək ki, Rusiya millisinin sabiq üzvü avqustda "Matç" TV və "Niçeqo obıçnoqo" komandaları arasında baş tutan yoldaşlıq görüşündə oyunun baş hakimi Nikita Dançenkovu sillə-təpiklə döymüşdü. Hərraca çıxardığı isə həmin oyunda geyindiyi idman ayaqqabıları idi.