“Sabah” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Fil Dişi Sahilindən olan hücumçu Tiemoko Fofana bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. 21 yaşlı futbolçu Finlandiyanın “İlves” klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.
Fofana karyerası ərzində “İlves” dən başqa Danimarkanın “Norşellan” klubunun U-19 komandasında da çıxış edib.