"Sumqayıt" bu gün yeni futbolçu ilə müqavilə bağlayacaq.
Offsideplus.az etibarlı mənbədən aldığı məlumat əsasında xəbər verir ki, "kimyaçılar" sabiq futbolçusunu Azərbaycana qayıtmağa razı sala bilib. Bu, ötən mövsüm ağ-göy formasını geyinmiş Mehdi Şərifidir. 2019-20 mövsümündə "Sumqayıt"ın uğurları üçün tər tökərək 16 oyunda 5 qola imza atmış Mehdi karyerasını ölkəmizdə davam etdirməyə qərar verib. Sözləşmənin hansı müddəti əhatə edəcəyi bilinmir.
Qeyd edək ki, Şərifi bir çox aparıcı futbolçular kimi yayda Sumqayıt təmsilçisini tərk edib ölkəsində "Peykan"la anlaşmışdı. Lakin yaydan bəri bu komandada oynamayıb.