Məhəmməd Salah növbəti dəfə insani addımla alqış qazanıb.
Offsideplus.az "Thr Mirror"a istinadla xəbər verir ki, "Liverpul"un ulduz futbolçusu vətənində koronavirusdan əziyyət çəkənlərə yardım edib. Belə ki, 28 yaşlı futbolçu xəstəxanadakı İVL aparatları üçün kislorod balonları alıb. Həmin kislorod balonları insan həyatı üçün olduqca önəmlidir.
Qeyd edək ki, Salah ötən il koronavirusdan əziyyət çəkən həmyerliləri üçün qida məhsulları yardımı etmişdi.