17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Eldar Tağızadə Fransanın “Klermon” klubuna keçib. 

Offsideplus.az xəbər verir ki, 18 yaşlı qapıçı yeni klubu ilə 2024-cü ilədək müqavilə imzalayıb. Bu, gənc qolkiperin ilk peşəkar sözləşməsidir. Tağızadə 1 ilə yaxındır Liqa 2 təmsilçisinin düşərgəsində məşq edirdi. Müqavilə bağlamaqla, o, "Klermon"un ikinci və U-19 komandasında forma geyinmək fürsəti qazanıb.

Eldar Tağızadə Azərbaycanda "Neftçi"nin heyətində AFFA-nın uşaq liqalarında mübarizə aparıb. Qolkiper son olaraq, İspaniyada "Fundacion Marcet" futbol akademiyasında oynayıb.

Qeyd edək ki, gənc futbolçu AFFA-nın İctimai Futbol Təşkilatlarının rəhbəri Elxan Tağızadənin oğludur. 

789