İstirahəti yanvarın 4-də başa vuran "Neftçi" gündə bir dəfə olmaqla məşqlərini "Türk Hava Yolları Futbol Mərkəzi"ndə davam etdirir.

Hazırlığın ilk 3 günündə yalnız yerli futbolçularla hazırlıq keçən Samir Abasov artıq legionerlərinə də qovuşub. Bu gün iranlı futbolçu Saman Nərimancahan da kollektiv hazırlıqlara qoşuldu.

Offsideplus.az-ın əməkdaşı bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"nə baş çəkərək komandanın son hazırlıqları ilə tanış olub. Düşərgədə yüksək əhval-ruhiyyənin olduğu diqqətdən qaçmayıb. Yerli futbolçular toplu çalışmalarda iştirak etdikləri halda, legionerlər köməkçi-məşqçi Seymur Rəhimovun nəzarəti altında meydanboyu qaçmaqla yadda qalıblar. Hamı düşərgəyə qoşulub, iiki nəfərfən başqa.

Uzaq Afrikadan gələn Mamadu Kane ilə Yusuf Laval pandemiya çətinliklərinə görə bilet tapmaqda çətinlik çəkdiyindən, onlara əlavə 2 gün vaxt verilib. Klubun baş meneceri Qədir Həsənivu saytımıza verdiyimi məlumata görə, adları çəkilən futbolçular yanvarın 10-na qədər komandaya qoşulacaq.